Azərin “TRT-Avaz Azərinlə” verilişi ilə yenidən efirdə

29 Aprel 2013 13:07 (UTC+04:00)


Əməkdar artist Azərin bu həftə Türkiyənin "TRT-Avaz Azərinlə" verilişi ilə yenidən efirdə olacaq. Bunu müğənni AzNews.az-a özü deyib.

Onun sözlərinə görə, "TRT-Avaz Azərinlə" verilişinə bu dəfə çox maraqlı qonaqlar dəvət alıb.

Qeyd edək ki, dəvətçilərin arasında Təbrizli Hüseyn Məlikzadə, Özbəkstandan isə SirzodBek kimi tanınmış sənətkarlar var. Hər iki ölkənin mədəniyyətinə yer ayıran müğənni veriliş boyu Azərbaycan bəstəkarlarının mahnılarını ifa edəcək.

Bahar Rüstəmli
AzNews.az