Makron Notr-Dam kilsəsində alovu söndürən işçiləri mükafatlandırdı

18 Aprel 2019 17:57 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron Notr-Dam kilsəsində baş vermiş alovu söndürən yanğınsöndürənləri Yelisey sarayında qəbul edib və onlara göstərdikləri şücaətə görə medal təqdim edib.

E.Makron ümumilikdə 270 yanğınsöndürən və yanğının söndürülməsində iştirak edən digər qurumların nümayəndələrini qəbul edib.

“Ölkəmiz və bütün dünya sizi izləyirdi. Siz nümunəvi idiniz”, - deyə Fransa prezidenti bildirib.

Qeyd edək ki, Notr-Dam kilsəsində yanğın aprelin 15-də baş verib.(ona.az)

AzNews.az