Cəlilabadda 44 yaşlı kişi döyüldü

18 Aprel 2019 18:09 (UTC+04:00)

Cəlilabad rayonunda 44 yaşlı kişi döyülüb.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 1975-ci il təvəllüdlü Qəhrəman Bəhrəm oğlu Rüstəmov bir neçə naməlum şəxs tərəfindən döyülüb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az