Gülər Əhmədovanın vəkili müdafiədən imtina etdi-Özəl
29 Aprel 2013 13:19 (UTC+04:00)
Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkillərindən biri - Eldar Qədimi keçmiş millət vəkilinin müdafiəsindən imtina edib.
Vəkil artıq istintaqa G.Əhmədovanın vəkilliyindən imtina etməsi ilə bağlı ərizə də təqdim edib. Bu barədə məlumatı AzNews.az-a Gülər Əhmədovanın digər vəkili Raqif Mustafayev verib.
O bildirib ki, hazırda G.Əhmədovanın müdafiəsi ilə onunla yanaşı Əfsər Talıbov da məşğul olur: "Gülər xanımın tapşırıqları çox olur, buna görə də vəkillərin sayını artırmaq qərara alındı".
Qeyd edək ki, vəkili Əfsər Talıbov sabiq millət vəkili Gülər Əhmədovanın azad olunması üçün bu gün prezidentə müraciət ünvanlayacağını bildirib.
Elnarə Əlosmanqızı
AzNews.az