Ərtoğrol Cavidin yubileyi keçiriləcək

18 Aprel 2019 23:25 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləcək.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib.

Qeyd edək ki, mütəfəkkir-şair Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin 22 oktyabr 2019-cu ildə anadan olmasının 100 illiyi tamam olur. Ərtoğrol Cavid milli musiqi mədəniyyətimizin yeni yaradıcılıq nümunələri ilə zənginləşdirilməsində böyük rol oynamışdır. O, “9 Variasiya”, skripka ilə fortepiano üçün “Poema”, “Leylanın vəsfi” kimi romanslar, müharibə mövzusunda simfonik ballada və marşlar yaradıb. Ərtoğrol Cavid bədii yaradıcılıqla da məşğul olub, pyes və şeirləri dövrümüzədək gəlib çatıb. Yaradıcılığı “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlı 13 cildlik külliyyatda toplanıb.

AzNews.az