Qaradağda piyadanı maşın vuraraq öldürdü

18 Aprel 2019 23:59 (UTC+04:00)

Bakının Qaradağ rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xocəsən yolu ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil 69 yaşlı Əsgərov Əli Əsgər oğlunu vurub.

Hadisəni törədən sürücü piyadanı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb. (report)

AzNews.az