Avroliqada yarımfinalçılar müəyyənləşdi

19 Aprel 2019 08:24 (UTC+04:00)
Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Cavab qarşılaşmalarından sonra yarımfinalçılar müəyyənləşib.

Günün ən maraqla gözlənilən oyunu İtaliyada baş tutub. "Napoli" doğma azarkeşlər önündə İngiltərə "Arsenal"ını qəbul edib. London təmsilçisi evdə qalib gəldiyi (2:0) səfərdə də rəqibdən səfərdə də üstün olaraq yarımfinala çıxıb - 1:0.

İngiltərənin turnirdəki digər təmsilçisi "Çelsi" evdə Çexiyanın "Slaviya" kollektivini sınağa çəkib. Səfərdə 1:0 hesablı qələbə qazanan londonlular ilk 17 dəqiqədə şou göstərib və 3 qol vurub. Yekunda oyun meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Almaniyanın Avroliqadakı yeganə komandası "Ayntraxt" Frankfurtda Portuqaliya "Benfika"sını sınağa çəkib. Səfərdəki qarşılaşmada 2:4 hesabı ilə uduzan meydan sahibləri yarımfinala vəsiqə üçün lazəm olan qələbəni qazanıb - 2:0.

Növbəti qarşılaşmada İspaniya komandaları üz-üzə gəlib. "Valensiya" ilk oyunda qalib gəldiyi (3:1) rəqibini yenə üstələyərək (2:0) adımı yarımfinala yazdırıb.

Qeyd edək ki, yarımfinalda "Arsenal" "Valensiya", "Ayntraxt" "Çelsi" ilə qarşılaşacaq. Oyunlar 2-9 may tarixlərində keçiriləcək. Final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq. (Qaynarinfo)

Avropa Liqası

1/4 final

Cavab oyunları

18 aprel

Napoli (İtaliya) - Arsenal (İngiltərə) 0:1

Qol: Aleksandre Lakazette, 36.

İlk oyun - 0:2.

Valensiya (İspaniya) - Vilyarreal (İspaniya) 2:0

Qollar: Antonio Latorre, 13. Daniel Parejo, 54.

İlk oyun - 3:1.

Ayntraxt (Almaniya) - Benfika (Portuqaliya) 2:0

Qollar: Filip Kostiç, 37. Sebastian Rode, 67.

İlk oyun - 2:4.

Çelsi (İngiltərə) - Slaviya (Çexiya) 4:3

Qollar: Pedro, 5; 27. Simon Deli, 10 (avtoqol). Oliver Jiru, 17 - Tomas Souçek, 26. Petr Sevçik, 51; 55.

İlk oyun - 1:0.