Tramp Yaponiyaya gedir

19 Aprel 2019 09:12 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp 26-28 may tarixlərində Yaponiyaya dövlət səfəri edəcək.

TASS xəbər verir ki, bu barədə cümə günü Yaponiya hökuməti məlumat yayıb.

Söhbət dövlət səviyyəsində səfərdən getdiyindən, Tramp imperator ailəsinin qonağı olacaq. O, yeni imperator Naruxito ilə görüşəcək ilk xarici lider olacaq.

Amerika prezidenti səfər zamanı Yaponiyanın baş naziri Sindzo Abe ilə danışıqlar aparacaq.(trend.az)

AzNews.az