Londonda mitinqdə 400 nəfər həbs edildi

19 Aprel 2019 09:17 (UTC+04:00)

Londonda İqlim dəyişikliyi ilə əlaqədar keçirilən mitinqin dördüncü günündə 400 nəfər həbs edilib.

Həbs olunanlar Vaterlo körpüsündə çadır quraraq nəqliyyatın hərəkətinə maneə olublar.

Qeyd edək ki, etirazçılar hökumətin karbon emissiyalarını sıfıra endirməsini və dəyişikliklərə nəzarət etməsini tələb edirlər.(AZƏRTAC)

AzNews.az