Yaponiyada Aso vulkanı yenidən püskürdü

19 Aprel 2019 09:25 (UTC+04:00)

Yaponiyanın ən böyük vulkanlarından biri hesab edilən Aso vulkanı aprelin 19-da yenidən püskürüb.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, bu, cari həftə ərzində Kumamoto prefekturasında yerləşən vulkanın ikinci püskürməsidir. Yerli hakimiyyət orqanları sakinləri vulkan rayonuna yaxınlaşmamağa çağırırılar.

Hazırda vulkanın vurduğu zərər və ya aviauçuşlara təsiri barədə məlumat verilmir.

Qeyd edək ki, Aso dünyanın ən böyük vulkanlarından biridir. Onun hündürlüyü 1592 metrə bərabərdir.(AZƏRTAC)

AzNews.az