“Yuventus”un səhmləri azalıb

19 Aprel 2019 09:39 (UTC+04:00)

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyununda “Ayaks”a 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran İtaliyanın “Yuventus” klubunun səhmləri aşağı düşüb.

Milan birjasında “Yuventusun” səhmləri 24 faiz ucuzlaşıb. Qeyd edilir ki, klub səhmlərin qiymət itkisini 20 faizə endirmək üçün mövqelərini möhkəmləndirməyə çalışır.

Xatırladaq ki, ötən həftə Amsterdamda keçirilən ilk oyunda komandalar 1:1 hesabla heç-heçə etsələr də Turində keçirilən cavab qarşılaşmasında “Ayaks” 2:1 hesab ilə qələbə qazanaraq UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.(AZƏRTAC)

AzNews.az