Gürcüstanda yeni iqtisadiyyat naziri təyin olundu

19 Aprel 2019 09:45 (UTC+04:00)

Natiya Turnava Gürcüstanın yeni iqtisadiyyat və dayanıqlı inkişaf naziri təyin olub.

Turnava bundan əvvəl nazirin müavini vəzifələrini yerinə yetirib.

Yeni nazir postda Georgiy Kobuliyanı əvəzləyib. Kobuliyanın istefası barədə əmri baş nazir Mamuka Baxtadze cümə axşamı günü axşam saatlarında imzalayıb.

Qeyd edək ki, Turnava 2018-ci ilin sentyabr ayından Kobuliyanın müavini olub.(trend.az)

AzNews.az