Məşhur müğənni evinin əlindən alınmasından danışdı - "Gülməyim gəldi"

19 Aprel 2019 09:56 (UTC+04:00)

Gənc müğənni Aysel Əlizadə evinin əlindən alınması haqda yayılan xəbərlərə münasibət bildirib.

AzNews.az xəbər verir ki, Aysel Əlizadə İnstagramda sosial şəbəkə istifadəçilərinin “Evinizin əlindən alınması doğrudurmu?” sualına "Yalandır, bu haqda xəbəri eşidəndə gülməyim gəldi" deyə cavab verib.

Qeyd edək ki, mediada ailəsini dağıtmaqda ittiham edən Turanə Nəcəfovanın Aysel Əlizadədən evini geri alması haqda xəbər yayılıb.

Rəqsanə

AzNews.az