Ana və qızı 1 həftədən sonra evdə ölü tapıldı

19 Aprel 2019 10:04 (UTC+04:00)

Türkiyənin Mersin şəhərində 90 yaşlı bir qadın heç evlənmədiyi 63 yaşlı qızı ilə yaşadıqları evdə ölü tapılıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yenişehir bölgəsi Çiftlikköy məhəlləsində yaşayan Cennet və qızı Fikriye Erdenin yaşadığı mənzildən qoxu gəldiyinin fərqinə varan qonşuları polisə xəbər verib.

Hadisə yerinə gələn polislər çilingər vasitəsilə qapısı açılan evə girdiklərində ana və qızın ayrı-ayrı otaqlarda cəsədləri ilə qarşılaşıblar.

Həkim və polislərin araşdırmaları nəticəsində cəsədlər üzərində heç bir kəsici alət izlərinə rast gəlinməyib.

Ən az bir həftə əvvəl öldükləri təxmin edilən ana və qızın cəsədi Mersin Universitetinin tibb fakültəsi xəstəxanası morquna aparılıb.

Səidə Vahid

AzNews.az