Azərbaycan ikinci “Bir kəmər, bir yol” forumunda iştirak edəcək

19 Aprel 2019 10:31 (UTC+04:00)

"Aprelin 25-27-də Pekində keçiriləcək ikinci "Bir kəmər, bir yol" forumunda, təxminən, 40 dövlət, hökumət və beynəlxalq təşkilat rəhbərləri iştirak edəcək".

Bu barədə Çinin xarici işlər naziri Van İ mətbuat konfransında bildirib.

"İkinci "Bir kəmər, bir yol" forumu bu il Çində baş tutacaq əsas beynəlxalq tədbir olacaq. Forum 25-27 aprel tarixlərində baş tutacaq. Forumda 37 dövlət və hökumət rəhbəri iştirak edəcək", - Van İ deyib.

Çin XİN başçısı qeyd edib ki, bu il foruma Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Azərbaycan, Belarus, Çexiya, Misir, Yunanıstan, Macarıstan, İtaliya, Monqolustan, Filippin, Serbiya, Sinqapur, Tacikistan, Tayland və Birləşmiş Ərəb Əmirliklərinin liderləri gələcəklər.

Onun sözlərinə görə, forumda həmçinin Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard və BMT-nin baş katibi Antoniu Quterriş də iştirak edəcək.

Qeyd edək ki, birinci "Bir kəmər, bir yol" forumu 2017-ci ilin may ayında Pekində keçirilib.(report.az)

AzNews.az