Canlı yayımda sevdiyi oğlana qoşulub qaçan qızdan atasına qarşı şok hərəkət - VİDEO

19 Aprel 2019 10:53 (UTC+04:00)

Taksi sürücüsü ilə qoşulub qaçan 20 yaşlı Ülkərin canlı yayımda etdiyi hərəkət hər kəsi şoka salıb.

AzNews.az xəbər verir ki, bir neçə gün əvvəl "Səni axtarıram" verilişinə müraciət edən Ülkər həyat yoldaşı tərəfindən döyüldüyünü bildirib.

Proqramdan yardım istəyən qız ailə üzvləri və özünün həyatı üçün təhlükənin olduğunu söyləyib.

O, qoşulub qaçdıqdan sonra 4 ay daim işgəncələrə məruz qaldığını söyləyib.

Ailəsi ilə barışıb onların yanına qayıtmaq istəyən Ülkərin ötən gün verilişdə etdiyi hərəkət isə hər kəsi şoka salıb. Əvvəlcə onu qəbul etməyən ata qızı üçün verilişə gəlib. Daha sonra qız atasını studiyada qoyaraq efiri tərk edib. O, həyat yoldaşı ilə barışmaq istədiyini söyləyib.

Aynur

AzNews.az