Qayadan qopan daş faciəyə səbəb oldu

29 Aprel 2013 13:52 (UTC+04:00)

Goranboy rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib

Lent.az-ın məlumatına görə, aprelin 27-də Goranboy rayonunun Ağcakənd kəndi ərazisindəki qayadan qopub düşən daş parçası kənd sakini 2004-cü il təvəllüdlü Qafarov Səxavəddin Saməddin oğlunun başına düşüb.

Xəsarət almış S.Qafarov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar araşdırmalar aparılır.