Rusiya vətəndaşlarının real gəlirləri azalıb

19 Aprel 2019 11:07 (UTC+04:00)

Bu ilin I rübündə Rusiya vətəndaşlarının real pul gəlirləri ötən ilin eyni dövrünə nisbətən 2,3% az, real əmək haqları isə illik müqayisədə 0,4% çox olub.

Bu barədə qonşu ölkənin Federal Dövlət Statistikası Xidməti (“Rosstat”) məlumat yayıb.

Bundan başqa, qurumun məlumatına görə, son 1 ildə rusiyalıların nominal pul gəlirləri 3,2% artaraq 29 920 rubla (təxminən 470 ABŞ dolları), orta aylıq əmək haqqı isə 5,2% artaraq 45 000 rubla (təxminən 700 dollar) çatıb.

Bir qədər əvvəl Rusiyanın baş naziri Dmitri Medvedev Dövlət Dumasında hesabat verərkən bəyan edib ki, ölkədə 19 milyon yoxsul var.(report.az)

AzNews.az