Orqan mafiyası yaxalandı - Polisdən uğurlu əməliyyat

19 Aprel 2019 11:40 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində polis orqan mafiyasının 9 üzvünü yaxalayıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bakırköy, Tuzla və Esenyurt adlı ərazilərdə fəaliyyət göstərən 4 özəl xəstəxanaya verdikləri saxta sənədlərlə orqan nəqli etdirən şəbəkəni izləməyə alan polis əməliyyatlara aprelin 9-da başlayıb.

Müxtəlif zamanlarda, müxtəlif yerlərə edilən basqınlar nəticəsində şəbəkənin rəhbəri və üzvləri ələ keçirilib.

Nigar CƏFƏR

AzNews.az