Bu gün Poroşenko ilə Zelenskinin debatı olacaq

19 Aprel 2019 11:27 (UTC+04:00)

Bu gün Ukraynada prezidentliyə namizədlər - hazırkı dövlət başçısı Petro Poroşenko ilə şoumen Vladimir Zelenskinin Kiyevdə “Olimpiya” stadionunda debatı olacaq.

“112 Ukraina” portalının xəbərinə görə, stadionda yerli vaxtla saat 16:00-da konsert olacaq. Debat isə saat 19:00-da baş tutacaq.

Məlumata görə, Kiyevin mərkəzində hərəkət məhdudlaşdırılıb, stadionun ətrafı polislər tərəfindən mühasirəyə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları stadionun yerləşdiyi küçədə avtomobillərin dayanmasına icazə vermir.

Futbol meydanının fərqli nöqtələrində darvaza əvəzinə iki lövhə qoyulub: biri Poroşenko, ikincisi isə Zelenski üçün.(qafqazinfo.az)

AzNews.az