Aktrisa 8 ayda 30 kilo arıqladı

19 Aprel 2019 11:47 (UTC+04:00)

Türkiyəli məşhur aktrisa Şükran Ovalı dünən xəstəxanaların birində kameralara yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səkkiz ay əvvəl ana olan aktrisa xəstəxanaya rəfiqəsinin uşağını müayinə üçün gətirdiklərini deyib.

Aktrisa hələki evdə qızına baxdığını və gələn ssenariləri oxuyub dəyərləndirdiyini deyib:

“Yaxşı bir şey olmağını istəyirəm, amma hal-hazırda qızım daha vacibdir. Təbii ki, işimin başına qayıdacam, çox darıxmışam”.

Şükran Ovalı qısa müddətdə 30 kilo arıqladığını da dilə gətirib:

“Həmişə qızımla birlikdəyəm, evdə özüm baxıram, çünki belə olmasını istədim. Hamiləlik boyunca 30 kilo kökəlmişdim, amma heç vecimə almırdım. İndi demək olar ki, bütün kilolarımı vermişəm. Arıqlamaq üçün xüsusi nəsə etmədim. Sadəcə bütün günü qızımın ardınca qaçıram və süd verirəm. Süd verdiyim üçün tez arıqladım məncə".

Aktrisanın çantasının üstündəki qartal fiquru da gözlərdən yayınmayıb.

Nigar CƏFƏR

AzNews.az