Fransa ötən il 9 milyard avroluq silah ixrac edib

19 Aprel 2019 12:03 (UTC+04:00)

unu Fransa Silahlı Qüvvələri naziri Florans Parli CNews telekanalına müsahibəsində deyib. “2018-ci ildə silah ixracatının həcmi təxminən 9 milyard avro təşkil edib, 2017-ci ildə isə bu göstərici 7 milyard avroya bərabər olub. Yəni, biz 30 faizlik artıma nail olmuşuq”, - deyə qadın nazir bildirib.

Bununla yanaşı, Florans Parli qeyd edib ki, Fransanın silah ixracatından daha çox gəlir əldə etdiyi vaxtlar da olub. 2016-cı ildə onlarla “Rafale” təyyarəsinin çatdırılmasına dair Hindistanla imzalanan müqavilə sayəsində ixracatın həcmi 10 milyard avronu keçmişdi.

Hərbi nazir, həmçinin yaxın vaxtlarda qurumun parlamentə silah ixracatı ilə bağlı məruzə təqdim edəcəyini də bildirib.(AZƏRTAC)

AzNews.az