Milli parklarda "açıq qapı" günü keçiriləcək

19 Aprel 2019 12:41 (UTC+04:00)

“Milli Parkların marşı” günü ilə əlaqədar 20-21 aprel tarixlərində Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.

AzNews.az xəbər verir ki, ziyarətçilər Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Qızılağac, Zəngəzur milli parklarına giriş haqqından azad ediləcək.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.

Səidə Vahid

AzNews.az