Dünyanın ən yaxşı 3 alpinisti yoxa çıxdı

19 Aprel 2019 12:46 (UTC+04:00)

3 alpinist Kanadada baş verən qar uçqunundan sonra yoxa çıxıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünyanın ən yaxşı alpinistləri hesab edilən David Lama, Hansjorg və Jess Roskelly Rocky dağlarında olan Howse Peak zirvəsinə dırmandıqları zaman uçqun baş verib.

Kanada Parklarından verilən açıqlamaya görə, hər üç alpinistin öldüyü təxmin edilir.

Bölgədə aparılan araşdırma zamanı onların təchizatları tapılıb. Bu səbəbdən alpinistlərin uçqun altında qalaraq ölmüş ola biləcəkləri düşünülür.

Pərvanə Ağazadə

AzNews.az