17 yaşlı gənc karate məşqçisini öldürdü

19 Aprel 2019 12:36 (UTC+04:00)

Karate məşqçisi Sergey İvanov qətlə yetirilib.

24 çalışdırıcı yerli idman kompleksinin binasından çıxarkən naməlum şəxsin hücumuna məruz qalıb. O, məşqçiyə çoxsaylı bıçaq zərbələri endirib.

İvanov xəstəxanaya çatdırılsa da, orda vəfat edib.

Qətldə şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb.

Onun hansı səbəbdən bu addımı atması araşdırılır.(ona.az)

AzNews.az