Azərbaycan Gürcüstandan dərman idxalını azaldıb

19 Aprel 2019 13:20 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstandan 221,1 ton dərman vasitələri idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İdxal olunan dərman preparatlarının ümumi dəyəri 8 mln. 145,1 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi dərman vasitələrinin dəyəri 755,9 min dollar və ya 10,23% artıb, həcmi isə 119 ton və ya 34,9% azalıb.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan 7 mln. 389,2 min dollar dəyərində 340,1 ton medikament alıb.(report.az)

AzNews.az