Adanada polis ceyran dərisi üstünə qızıl işləmə ilə yazılmış tarixi İncil, möhür və pul ələ keçirib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Karataş İlçə Polis İdarəsinin üzvləri 2 nəfərin tarixi əsər satmaq istədikləri barədə informasiya alıb.
Vecdi F.-ni təqib edən polislər şübhəlini qovalama nəticəsində tutublar. Şübhəlinin üstündən ceyran dərisi üstünə qızıl əl işi ilə yazılmış İncil ələ götürülüb.
Digər əməliyyatda isə Şefer A.-nın üstündən pul və möhür çıxıb.
Şübhəlilər istintaq üçün idarəyə aparılıb. Tarixi əsərlər araşdırılmaq üçün muzeyə göndərilib.
Pərvanə Ağazadə
AzNews.az