Tbilisidə banka hücum - Yaralılar var

19 Aprel 2019 13:44 (UTC+04:00)

Bu gün səhər Gürcüstanın ən iri banklarından olan “Liberty Bank”ın (əvvəllər Gürcüstan Xalq Bankı) Tbilisidəki filiallarından birinə silahlı hücum törədilib.

“İnterfax” xəbər verir ki, hadisə nəticəsində bankın 2 əməkdaşı yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hücum edənlərin dəqiq sayı məlum deyil və onlar hadisə yerindən uzaqlaşıblar. Hələlik pul oğurlanıb-oğurlanmadığı bəlli deyil.

Hadisə yerinə polis cəlb olunub, əməliyyat axtarış tədbirləri görülür.(report.az)

AzNews.az