AFFA danışılmış oyunla bağlı bir matçı təxirə saldı

19 Aprel 2019 13:59 (UTC+04:00)

Region Liqasının II play-off mərhələsi çərçivəsində aprelin 6-da keçirilmiş “Füzuli” – “FC Baku” oyununun nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı AFFA-ya daxil olmuş məlumat nəzərə alınıb.

Bu üzdən həmin liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan “FC Baku” – “Şahdağ” (Qusar) oyunu Region Liqasının İşçi Qrupunun bugünkü qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, “Füzuli” – “FC Baku” oyunu qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.(oxu.az)

AzNews.az