SEPAH Suriyada itki verib - FOTOLAR

19 Aprel 2019 14:18 (UTC+04:00)

İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-ın Suriyada gedən hərbi əməliyyatlarda öldürülən daha 1 muzdlu əfqan döyüşçüsünün cənazəsi İrana gətirilib.

Suriya hakimiyyətinə dəstək məqsədilə bu ölkəyə göndərilmiş SEPAH-ın muzdlu Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının üzvü Əlirza Əkbəri 3 il əvvəl Dəməşq ətrafında döyüşlərdən birində həlak olsa da, onun meyitini tapmaq mümkün olmayıb.

Bildirilir ki, muzdlu əfqan döyüşçünün cəsədindən DNK nümunələri götürüldükdən sonra onun kimliyini müəyyənləşdirmək mümkün olub və cəsədin qalıqları ölkəyə gətirilərək aprelin 18-də Tehranda torpağa tapşırılıb.

Qeyd edilir ki, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə SEPAH-çı Bəşər Əsədə müxalif qüvvələrlə döyüşlərdə həlak olub.

Ölənlərin əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan SEPAH-ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.(teleqraf.com)

AzNews.az