Serdar Ortaç qumar oynayır?

19 Aprel 2019 15:18 (UTC+04:00)

Türkiyənin “Kanal D” kanalında yayımlanan "Müge ve Gülşen"le "2. Sayfa" verilişində müğənni Serdar Ortaçın "Pulum qutardı" açıqlamasından sonra gələn görüntü hamını təəccübləndirib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, həyat yoldaşı Chloe Loughnan ilə evləndikdən sonra bəzi pis vərdişlərini tərgidən Serdar Ortaç Bolqarıstandan gələn foto ilə yenə ağılları qarışdırıb.

Popçunun şəkildə qumar oynadığı görünür.

Bəs bu görüntüdən sonra həyat yoldaşının reaksiyası nə olacaq? Serdar Ortaç buna necə açıqlama verəcək?

Səidə Vahid

AzNews.az