Koçaryan Avropa liderlərini köməyinə çağırdı

19 Aprel 2019 14:47 (UTC+04:00)

Həbsdə saxlanılan Ermənistanın ikinci prezidenti Robert Koçaryan Avropa liderlərinə müraciət edib.

“Euractiv” nəşrində məqalə ilə çıxış edən siyasətçi həbs olunmasına əsas verən 2008-ci ilin mart hadisələri barədə yazıb.

“Mənə qarşı qaldırılan cinayət işi siyasi motivlidir. Həbsxanada qanunsuz saxlanılıram və bunun əsas səbəbi populist Nikol Paşinyanın ünvanına səsləndirdiyimi tənqidlərdir” - deyə Koçaryan yazıb.

Onun sözlərinə görə, 2008-ci ilin 1 mart iğtişaşlarının yatırılması zamanı hüquq-mühafizə orqanları qanunun tələblərini pozmayıblar.(modern.az)

AzNews.az