Konor Makqreqorun həbs görüntüləri yayıldı: Anbaan kadrlar - VİDEO

19 Aprel 2019 14:50 (UTC+04:00)

İrlandiyalı qarışıq döyüş növləri idmançısı Konor McGregorun həbs görüntüləri yayılıb.

AzNews.az xəbər verir ki, Mayami polisinin idmançının qollarına qandal vuraraq polis maşına mindirməsinin görüntüləri sosial mediada yayımlanıb.

Qeyd edək ki, idmançı ötən ay Mayami-Biç səmtində fanatı ilə münaqişəyə görə saxlanılıb. Polisdən verilən məlumata görə, idmançı onunla foto çəkdirmək istəyən şəxsə qarşı aqressiv davranıb.

Makqreqor qaldığı oteldən çıxaraq “LİV” gecə klubuna doğru hərəkət edirmiş. Bu zaman əlində telefon olan fanatı ona yaxınlaşıb. Makqreqor telefonu əlindən alaraq qırır və yoluna davam edir. Zərərçəkən polisə müraciət edib.

Telefonun qiyməti min dollardır. Növbəti gün Makqreqor saxlanılıb. Ona qarşı quldurluq və ziyan vurma maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, ötən il oktyabrın 7-də ABŞ-ın Las-Vegas şəhərində "T-Mobile Arena"da qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqoru məğlub edib.

Aynur

AzNews.az