Canlı yayımda biabırçı səhv - VİDEO

19 Aprel 2019 15:10 (UTC+04:00)

Türkiyənin Kanal D televiziyasında yayımlanan "2-ci sayfa" verilişinin aparıcıları böyük səhvə yol verib.

AzNews.az xəbər verir ki, Müge Dağıstanlı və Gülşen Yüksel Saltın aparıcılğı ilə yayımlanan verilişdə müğənni Serdar Ortaçın 2016-cı ildə qumar oynayarkən çəkilmiş şəkli yeni foto kimi təqdim edilib. Belə ki, ailə qurduqdan sonra qumardan uzaqlaşan müğənninin köhnə fotosu efirdə yayımlanaraq onun yenidən qumar oynaması ilə bağlı xəbər verilib.

Məlum olub ki, əslində bu foto 2016-cı ildə Kıbrısda çəkilib. Kazinoda çəkilən görüntülərdə müğənni külli miqdarda pul da qazanıb.

Aynur

AzNews.az