Cem Yılmaz əsəbiləşdi - "Uşaq sizcə harda ola bilər?"

19 Aprel 2019 15:24 (UTC+04:00)

Türkiyəli məşhur komediya ustası Cem Yılmaz ötən gecə kameralara yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cem Yılmaz dünən axşam sevgilisi Defne Samyeli və onun qızları Deren və Derinlə birgə “Alice” musiqili tamaşasını izləməyə gəlib.

Müxbirlərin “Sadəcə oğlunuz Kemal əskikdir, hardadır?” sualına “Kemal əskik deyil, tamdır. Bir də axşam saat 9-da sizcə harda ola bilər? O hələ uşaqdır və onun yatmaq vaxtıdır indi” cavabını verib.

Nigar CƏFƏR

AzNews.az