Şarliz Teron oğlunun niyə qız paltarı geyindiyini açıqladı

19 Aprel 2019 15:22 (UTC+04:00)

Daily Mail-ə müsahibə verən aktrisa oğlu Ceksonun niyə qız libasları geyindiyinə dair suallara aydınlıq gətirib.

“Oğlum üç yaşında “Mən oğlan deyiləm” deyənə kimi mən də onun oğlan olduğunu düşünürdüm. Bax belə. Mənim iki gözəl qız övladım var. Bütün valideynlər kimi, mən də onları qorumaq istəyirəm”.

Teron 2012-ci ildə Ceksonu, üç il sonra isə Avqustu (qızını) himayəsinə götürüb. Şarlizin sözlərinə görə, onun övladlarının gələcəkdə hansı yolu seçəcəklərinə qarışmaq niyyəti yoxdur.

Qeyd edək ki, Şarliz 15 yaşında ikən anası Herda həyat yoldaşını onun gözləri qarşısında atəş açaraq qətlə yetirib. Teronun atası spirtli içki alüdəçisi olduğundan o, Herdanı tez-tez döyüb. Həmin gecə isə o, bütün ailəni öldürəcəyini söyləyib.(oxu.az)

AzNews.az