Mahir Mədətov halallıq istədi - FOTO

19 Aprel 2019 15:26 (UTC+04:00)

"Qarabağ”ın hücumçusu Mahir Mədətov burnunu sındırdığı "Keşlə”nin qapıçı Şahin Zəkiyevdən üzr istəyib.

AzNews.az xəbər verir ki, futbolçu bu barədə şəxsi İnstagram hesabında yazıb. O, qapıçıdan halallıq istəyib.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ”la oyunda "Keşlə”nin qapıçı Şahin Zəkiyevin burnu sınıb.

Zəkiyev 17-ci dəqiqədə buraxılan ilk qol zamanı zədələnib.

Onun burnunda və almacıq sümüyündə sınıq var.

Aynur

AzNews.az