Dağıstanda 70-dən çox uşaq xəstəxanalıq oldu

19 Aprel 2019 16:10 (UTC+04:00)

Dağıstanda 70-dən çox uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

“TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Zalin Murtazaliyev bildirib.

Onun sözlərinə görə, uşaqların vəziyyəti yüngül olaraq qiymətləndirilir.

20-dən çox uşaqda kəskin bağırsaq infeksiyası aşkar edilib.

Hazırda həkimlər digər uşaqlarda zəhərlənmə halının səbəbini araşdırırlar.

Xatırladaq ki, Dağıstanda son iki ayda uşaqların kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanalara yerləşdirmə halı artıb.(qafqazinfo.az)

AzNews.az