Ronaldo “Yuventus”dan getmək barədə düşünmür

19 Aprel 2019 16:43 (UTC+04:00)

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo İtaliyanın “Yuventus” klubunu tərk etməyəcək.

Bunu hücumçu ilə yaxın münasibətləri olan portuqaliyalı jurnalist Edu Aqirre açıqlayıb.

O bildirib ki, K.Ronaldonun yayda Turin təmsilçisindən ayrılacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. E.Aqirre 2022-ci ilin yayınadək müqaviləsi olan futbolçunun klubunu vaxtından tez dəyişmək barədə düşünmədiyini söyləyib.

K.Ronaldo “Yuventus”da qalsa da, komandada ciddi islahatlar olacağı bildirilir.(ona.az)

AzNews.az