Yazıçı Bıkov beyin infarktı keçirib

19 Aprel 2019 17:03 (UTC+04:00)

Moskvada xəstəxanaya yerləşdirilən rusiyalı yazıçı-şair Dmitri Bıkova diaqnoz qoyulub.

“TASS”ın xəbərinə görə, Ufa xəstəxanasının həkimləri yazıçıda beyin infarktının gerçəkləşdiyini müəyyən ediblər.

Hazırda komada olan Bıkovun vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, aprelin 16-da Ufaya uçan D. Bıkovun səhhəti təyyarədə qəflətən pisləşib.

O, bir gün sonra Ufada xəstəxanaya yeləşdirilib.

Lakin həkimlər onun Moskvaya göndərilməsinə qərar veriblər.(ona.az)

AzNews.az