Kiyevdə Poroşenkonun tərəfdarları mitinq keçirirlər

19 Aprel 2019 17:14 (UTC+04:00)

Ukraynanın paytaxtı Kiyev şəhərinin Müstəqillik meydanında hazırkı dövlət başçısı, prezident seçkilərində namizədlərdən biri Petro Poroşenkonun tərəfdarları mitinq keçirirlər.

“İnterfax” xəbər verir ki, meydanda hazırda 1500-dək tərəfdar toplaşıb və bu səbəbdən həmin istiqamətdə avtomobillərin hərəkətində qismən məhdudiyyət yaranıb.

Qeyd edək ki, bu gün axşam paytaxtdakı Olimpiya stadionunda prezidentliyə namizədlər - Petro Poroşenko ilə Vladimir Zelenski arasında seçkiöncəsi debat baş tutacaq.(report.az)

AzNews.az