Suriyada Rusiya və İran silahlıları arasında atışma: 2 ölü, 4 yaralı var

19 Aprel 2019 18:10 (UTC+04:00)

Suriyanın mərkəzi hissəsində yerləşən Deyrzor əyalətinin Mayadin rayonunda Rusiyanı hərbi polisi ilə İranın İnqilab Keşikçiləri Qvardiyasının döyüşçüləri arasında atışma baş verib.

Hadisə nəticəsində İranın 2 hərbçisi ölüb, Rusiyanın 4 hərbçisi yaralanıb.

İran və Rusiya hadisə ilə bağlı hələ ki rəsmi açıqlama yayımlayıblar.

Qeyd edək ki, cari ilin yanvarında Rusiyanın dəstəklədiyi “Qaplan qüvvələrinin 5-ci birliyi” ilə Bəşşar Əsədin qardaşı Mahir Əsədin komandanlığı altında olan silahlılar və İranın dəstəklədiyi “4-cü firka” arasında atışma olmuşdu. (report)

AzNews.az