Avropa Liqasında həftənin futbolçusu açıqlandı

19 Aprel 2019 18:23 (UTC+04:00)

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu ada İngiltərə "Çelsi"sinin futbolçusu Pedro Rodriqes layiq görülüb.

32 yaşlı hücumçu 1/4 final mərhələsinin cavab oyununda evdə Çexiya "Slaviya"sını 4:3 hesabı (ilk oyun 1:0) ilə məğlub etdikləri oyunda 2 qol vurub.

Qeyd edək ki, Avropa Liqasının yarımfinalında “Arsenal” – “Valensiya” və “Ayntraxt” – “Çelsi” duelləri olacaq. (report)

AzNews.ax