İranın kəşfiyyat naziri: “ABŞ-ın 290 casusunu ifşa etmişik”

19 Aprel 2019 18:37 (UTC+04:00)

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) qarşı aparılan mürəkkəb əməliyyatlar nəticəsində müxtəlif ölkələrdə, o cümlədən İranda fəaliyyət göstərən şəbəkədə 290-dan çox casus ifşa etmişik”.

Bunu İranın informasiya və kəşfiyyat (ETTELAAT) naziri Mahmud Ələvi bildirib.

Onun sözlərinə göə, İranın vacib sahələrinə yeridilən MKİ-nin onlarla əməkdaşını həbs ediblər.

Nazir deyib ki, MKİ ilə yanaşı, İran kəşfiyyatı Britaniyanın “Mi-6” agentlərinin ifşası ilə məşğul olub. (report)

AzNews.az