Bakıda Azərbaycan və İran ticarət mərkəzinin açılışı oldu

19 Aprel 2019 18:46 (UTC+04:00)

Bakıda Azərbaycan və İran ticarət mərkəzinin açılışı olub.

Tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani, İranın Azərbaycandakı səfiri Cavad Cavadzadə və digər rəsmilər iştirak ediblər.

Mərkəzin rəhbəri Hüseyn Pirmüəzzin jurnalistlərə açıqlamasında bildirib ki, mərkəz Azərbaycanda fəaliyyət göstərmək istəyən iranlı sahibkarların işlərinin koordinasiyasında köməklik göstərəcək.

Onun sözlərinə görə, bu mərkəz iki ölkə arasında ticari əlaqələrin inkişafına müsbət töhfə verəcək: "Mərkəz sahibkarların problemlərinin həllinə dəstək verməyə hazırdır. Biz onları lazımi informasiya ilə təmin edəcəyik".

Xatırladaq ki, 2018-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 74 faiz artıb. Eləcə də bu ilin ilk iki ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi 4 dəfə yüksəlib.

AzNews.az