Şəmkirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı var

19 Aprel 2019 18:58 (UTC+04:00)

Şəmkir rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az