Ayin zamanı kilsə çökdü - 13 nəfər öldü

19 Aprel 2019 21:28 (UTC+04:00)

Cənubi Afrikanın Kvazulu-Natal əyalətində Pasxa ayini zamanı kilsənin bir hissəsi uçub.

Hadisə nəticəsində 13 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb.

Yaralılardan 6 nəfərin vəziyyəti ağırdır.

İlkin ehtimallara görə, kilsə aramsız leysan yağışları nəticəsində uçub. (qafqazinfo)

AzNews.az