Yasamalda ev yandı

19 Aprel 2019 22:37 (UTC+04:00)

Bakının Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsində yerləşən hündür mərtəbəli yaşayış evində yanğın baş verib.

Yanğın binanın 3-cü mərtəbəsində Muxtar Mollayevə məxsus mənzildə olub.

Hadisə yerinə 5 yanğın söndürən maşın və 1 təcili tibbi yardım xidməti maşını cəlb edilib. Yanğınsöndürənlərin səyləri nəticəsində yanğın söndürülüb. (ona.az)

AzNews.az