Mingəçevirdə 67 yaşlı qadını it dişlədi

19 Aprel 2019 22:51 (UTC+04:00)

Mingəçevirdə qadını küçədə it dişləyib.

Hadisə Mingəçevir şəhəri, Günəşli bağ massivində baş verib.

Şəhər sakini, 1952-ci il təvəllüdlü Abdulkərimova Kifayət Qurbanəli qızı küçədə itin hücumuna məruz qalıb.

Nəticədə qadın hər iki ayağının baldır nayihəsi və sol əlindən xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (trend)

AzNews.az