Sumqayıtda qadın dəm qazından zəhərləndi

19 Aprel 2019 23:07 (UTC+04:00)

Sumqayıtda axşam saatlarında dəm qazından zəhərlənmə olub.

Hadisə şəhərin İnşaatçılar qəsəbəsində fərdi yaşayış evlərinin birində qeydə alınıb.

1963-cü il təvəllüdlü Abbasova Mətanət Abbas qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

56 yaşlı qadın dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

AzNews.az